MÜhasib | Banco.az

MÜhasib

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

  • Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirməli (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin uçotu kassa, bank, əmək haqqı, avanslar, xərclər, xidmətlərin uçotu və s.)
  • Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət etməli 
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməli 
  • 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin,maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir və həmçinin digər sıravi mühasiblər tərəfindən yerinə yetirilmiş işlərə nəzarət etməli 
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir 
  • Hesabların tam və səliqəli işlənməsi və sistematik yoxlanılması 
  • Vergi, DSMF hesabatlarının və aylıq,rüblik,illik hesabatların hazırlanması

Namizədə tələblər

  • Cinsi: kişi və qadın 
  • Ali təhsilli 
  • İş təcrübəsi: Ticarətdə ən azı 5 il baş mühasib olaraq işləmiş 
  • Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl səviyyədə 
  • Məsuliyyətli 
  • Ofis proqramları və 1C (8.2) proqramında işləmə bacarığı olmalı

Müraciət etmək istəyənlər CV-lərini mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Şirkət: 
"PayPoint" MMC

Ən sərfəli krediti almaq üçün müraciət et