Monitorinq Şöbəsinin Aparıcı Mütəxəssisi | Banco.az
Kapital Bank

Monitorinq Şöbəsinin Aparıcı Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Öhdəliklər

  • Korporativ müştərilərə ayrılmış kreditlərin planlı və plansız monitorinqlərini həyata keçirmək;
  • Kreditlərin təyinatı üzrə istifadəsinin yoxlanılmasını təmin etmək;
  • Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Ödənişlərin aparılmasına və gecikmədə olan kreditlərə ilkin nəzarəti həyata keçirmək.

Tələblər

  • İqtisadi və ya riyazi sahədə ali təhsil;
  • Bank qanunvericiliyini əla səviyyədə bilmək;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Yüksək təhliletmə qabiliyyəti və operativlik;
  • Qərəzsizlik və işə qarşı peşəkarlıq;
  • Korporativ kreditləşmə və ya monitorinqi üzrə azı 3 illik iş təcrübəsi;
  • MS Excel proqramı üzrə biliklər.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

Ən sərfəli krediti almaq üçün müraciət et