Mikro və İstehlak Kreditlərin Bərpası və Restrukturizasiyası üzrə Mütəxəssis (Abşeron/Mingəçevir/Bərdə/Lənkəran/Cəlilabad/Göyçay) | Banco.az
AccessBank

Mikro və İstehlak Kreditlərin Bərpası və Restrukturizasiyası üzrə Mütəxəssis (Abşeron/Mingəçevir/Bərdə/Lənkəran/Cəlilabad/Göyçay)

Vakansiya haqqında məlumat: 

Öhdəliklər:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq məhkəmədə  və məhkəmədən kənar qaydada gecikdirilmiş kreditlərin bərpası üzrə tədbirlər kompleksinin həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş, onların monitorinqi, restrukturizasiyası və ya bərpa edilməsi;
  • Borcluların yerlərinin müəyyən olunması, onlarla əlaqənin yaranması və nəticə olaraq ödəniş intizamının bərpası;
  • Görülmüş işlərin hesabatının tərtib olunması və reqlamentə uyğun təqdim olunması.

Tələblər:

  • İqtisadi, riyazi və ya texniki ixtisas üzrə ali təhsil (Bakalavr ya Magistr);
  • Məhsuliyyətlik və stresə davamlılıq;
  • Kommunikabellik və ünsiyyətçillik;
  • Tapşırıqların həllində çeviklik;
  • Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
  • Komandada işləmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et