Mikro kreditlər üzrə təcrübəçi (Bakı, Sumqayıt və region filialları) | Banco.az
Expressbank

Mikro kreditlər üzrə təcrübəçi (Bakı, Sumqayıt və region filialları)

Vakansiya haqqında məlumat: 

Expressbank

“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.

Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.

Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.

İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət  Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.

Vəzifə: Mikro kreditlər üzrə təcrübəçi (Bakı, Sumqayıt və region filialları üzrə: Gəncə, Qusar, Xaçmaz, Bərdə, Şirvan, Mingəçevir)

Tələblər:

- Ali təhsil (iqtisadiyyat sahəsi arzu olunandır); 
- Təhlil etmə bacarığı; 
- Ünsiyyət qurma və komandada işləmək bacarığı; 
- Yaş həddi - 25 yaş;

Vəzifə öhdəlikləri:

- Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək; 
- Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
- Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; 
- Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;

Əsas üstünlüklər:

- Azərbaycanın aparıcı banklarının birində iş təcrübəsi qazanmaq;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Təcrübə müddəti ərzində nəzərdə tutulan əmək haqqı 130 AZN.

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et