Mikro kreditlər üzrə mütəxəssis (Bakı, Mingəçevir, Şirvan, Bərdə, Xaçmaz və Qusar üzrə) | Banco.az
Expressbank

Mikro kreditlər üzrə mütəxəssis (Bakı, Mingəçevir, Şirvan, Bərdə, Xaçmaz və Qusar üzrə)

Vakansiya haqqında məlumat: 

Tələblər:

  • İqtisadi təhsil;
  • Mikro kreditlərlə iş sahəsində müvafiq təcrübə;
  • Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
  • Analitik düşüncə;
  • Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; 
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  • Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq. 

​QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub [email protected] ünvanına göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək

Ən sərfəli krediti almaq üçün müraciət et