Mikro Kreditlər üzrə Mütəxəssis | Banco.az
Rabitəbank

Mikro Kreditlər üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Rabitəbank” ASC Bakı və Region filiallarında Mikro Kreditlər üzrə Mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Əsas vəzifələr:

 Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;
 Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
 Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
 Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
 Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək.


Namizədə olan tələblər:

 Ali təhsil;
 Sahə üzrə 1-3 illik iş təcrübəsi;
 Yüksək ünsiyyətqurma qabiliyyəti;
 Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
 Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Mikro kredit mütəxəssisi göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et