Menecer/ menecer müavini/ baş mütəxəssis | Banco.az

Menecer/ menecer müavini/ baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ziraat Bank Azərbaycan ASC Büdcə Nəzarət və Mühasibatlıq Departamentinə Menecer/ menecer müavini/ baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

Ali iqtisadi təhsil;

Yaşı – 21-30 arası

Müvafiq sahədə 2 il iş təcrübəsi;

Mühasibat uçotunun aparılması haqqında biliklər;

Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Satınalmalar üzrə biliklər;

Kompüter bilikləri (xüsusilə Excel);

Banklar haqqinda, Mərkəzi Bank haqqında qanun üzrə biliklər, Mərkəzi Bankin digər normativ ve hüquqi sənədləri üzrə məlumat;

CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;

Rus, İngilis, Türk dil bilikləri müsbət qarşılanır;

Əsas vəzifələr:

Gündəlik balansın hazırlanması;

Maliyyə vəziyyəti, Gəlir xərc və digər hesabatların hazırlanması;

Vergilər Nazirliyinə, DSMF, Mərkəzi Bank ve digər idarəetmə orqanlarına müvafiq hesabatların hazırlanması;

Mühasibat uçotu üzrə digər gündəlik tapşırıqların yerinə yetirilməsi. 

Göstərilən tələblərə cavab verən namizədlər avqust ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində BÜDCƏ NƏZARƏT VƏ MÜHASİBATLIQ qeyd etməyiniz vacibdir.

Şirkət: 
Ziraat Bank Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et