Məlumat Mərkəzi şöbəsinin mütəxəssisi | Banco.az
Bank BTB

Məlumat Mərkəzi şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Marketinq departamentinin Məlumat Mərkəzi şöbəsinə mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Mövcud müştərilərə telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatların çatdırılması (ad günü təbrikləri, məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.);
  • Səlahiyyətləri daxilində müştərilərin sorğularının cavablandırılması və ya istiqamətləndirilməsi;
  • Bankda mövcud məhsulların telefonla satışını reallaşdırmaq və  telefonla satışın inkişafına kömək edən digər bütün işlərin görülməsi;
  • Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək verilməsi;
  • CRM sisteminin (proqram təminatının) qurulmasında iştirak etmək və təkliflər vermək;
  • Xidmət keyfiyyətinin artırılmasına dair təkliflərin verilməsi;
  • FAQ-nın yenilənməsinin təmin edilməsi;
  • Hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Ali təhsil (iqtisad və  biznes üzrə);
  • Analitik düşünmə və yüksək ünsiyyətqurma qabiliyyət;
  • Yaradıcılıq və satış bacarığı;
  • Azərbaycan dili, rus dili və ingilis dili bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məlumat Mərkəzi şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et