Məlumat Mərkəzi Bölməsinə Operator | Banco.az
Rabitəbank

Məlumat Mərkəzi Bölməsinə Operator

Vakansiya haqqında məlumat: 

“Rabitabank” ASC Məlumat Mərkəzi Bölməsinə Operator vakansiyası üzrə işə qəbul elan edir.
 
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
 
Struktur: Məlumat Mərkəzi Bölməsi
 
Vəzifə: Operator

Vəzifə Öhdəlikləri:
 
• Məlumat Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatın aparmaq və cavablandırmaq; 
• Bankın məhsulları haqda zəng edən müştərilərə ətraflı məlumat vermək; 
• Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət etmək və geri dönüş zəngləri etmək; 
• Elektron poçt və sosial şəbəkələr vasitəsi ilə müştərilərin suallarını cavablandırmaq. 

Tələblər:
 
• Azərbaycan və  rus  ingilis dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük verilir); 
• Kompüter proqramlarını bilmək; 
• Nəzakətlilik, ünsiyyətcillik, fəallıq, işgüzarlıq;
• Yaxşı tələffüzlü, məsuliyyətli, özünü ifadə etmək bacarığ; 
• Qeyri-standart vəziyyətlərdə özünü və vəziyyəti idarə etmək bacarığı; 
• Komandada işləmək bacarığı; 
• Bank sahəsində iş və Məlumat Mərkəzinin əməkdaşı qismində təcrübəsi olanlara üstünlük verilir. 
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Məlumat Mərkəzi Bölməsinin Operatoru göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et