Məlumat Daxiletmə Operatoru (Salyan) | Banco.az
FINCA Azerbaijan

Məlumat Daxiletmə Operatoru (Salyan)

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı SALYAN FİLİALI üçün Məlumat Daxiletmə Operatoru vəzifəsinə işçi axtarışı elan edir. Məlumat Daxiletmə Operatoru filial daxili müştərilərin gündəlik ödənişlərini mövcud məlumat bazasına daxil edəcək və gecikmə hesabatlarını hazırlayacaq. “FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Məlumat Daxiletmə Operatoru vəzifəsi üçün tələb olunanlar:

  • Ali və ya kollec təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır);
  • Microsoft Office proqramlarını (əsasən MS Excel) yaxşı bilmək və sürətli çapetmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 28 Aprel 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№240/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Salyan şəhəri,  Nizami küçəsi 2 E.
Telefon: 021 255 2997

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et