Məlumat Daxiletmə Operatoru (Sabirabad filialı) | Banco.az
FINCA Azerbaijan

Məlumat Daxiletmə Operatoru (Sabirabad filialı)

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı SABIRABAD  FİLİALI üçün Məlumat Daxiletmə Operatoru vəzifəsinə işçi axtarışı elan edir. 

Məlumat Daxiletmə Operatoru filial daxili müştərilərin gündəlik ödənişlərini mövcud məlumat bazasına daxil edəcək və gecikmə hesabatlarını hazırlayacaq.

Məlumat Daxiletmə Operatoru vəzifəsi üçün tələb olunanlar:

  • Ali və ya kollec təhsil (Ali təhsili olanlara üstünlük veriləcək);
  • Microsoft Office proqramlarını (əsasən MS Excel) yaxşı bilmək və sürətli çapetmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV)

27 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsindəvəzifəni və iş elanının nömrəsini (№667/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Sabirabad, H.Əliyev küç., 45B, Saatlı şəh. H.Əliyev pr.  177

Telefon: (055) 455 25 70: (021) 235 81 18. 0-2128-5-23-32

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et