Məlumat Daxiletmə Operator (İmişli) | Banco.az
FINCA Azerbaijan

Məlumat Daxiletmə Operator (İmişli)

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İMİŞLİ FİLİALI üçün Məlumat Daxiletmə Operatoru vəzifəsinə işçi axtarışı elan edir. Məlumat Daxiletmə Operatoru filial daxili müştərilərin gündəlik ödənişlərini mövcud məlumat bazasına daxil edəcək və gecikmə hesabatlarını hazırlayacaq.

Namizədlər üçün tələblər: 

Ali və ya kollec təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır);

Microsoft Office proqramlarını (əsasən MS Excel) yaxşı bilmək və sürətli çapetmə bacarığı;

Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı;

İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;

Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

 

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV)
 [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№595/14) qeyd etməklə göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et