Məhsulların inkişafı şöbəsinin Eksperti | Banco.az
Rabitəbank

Məhsulların inkişafı şöbəsinin Eksperti

Vakansiya haqqında məlumat: 

“Rabitabank” ASC  Qeyri-Kredit Satış Departamentinin Məhsulların inkişafı şöbəsinə Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Struktur: Qeyri-Kredit Satış departamenti/Məhsulların inkişafı şöbəsi

Vəzifə: Ekspert

Vəzifə öhdəlikləri:
 
• Qeyri-Kredit məhsullarının yaradılması və inkişaf etdirilməsinə dair təkliflər irəli sürmək, bunun üçün tələb olunan texniki tapşırıqları hazırlamaq və aidiyyatı strukur tərəfindən icrasına nəzarət etmək;
• Qeyri-Kredit məhsulları ilə əlaqəli  problemləri mütəmadi araşdıraraq çıxan nəticələrə görə məhsulların optimallaşdırılmasına dair təkliflər hazırlamaq;
• Qeyri-Kredit məhsulları ilə əlaqəli  risklərin müəyyən edilməsi və qarşısının alınması üzrə təşəbbüsün irəli sürülməsi;
• Mütamadi olaraq qeyri-kredit məhsullarının gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması dair təkliflər hazırlanması;
• Bankın qeyri-kredit məhsullarının satışı üzrə layihələrin hazırlanması və aparılması;
• Bank üzrə qeyri-kredit məhsullarının satışı planının hazırlanmasında iştirak etmək və planın icrasına nəzarət etmək;
• Qeyri-Kredit məhsulları kanalı ilə əlaqəli təqdimatların, tədris materiallarının  hazırlanmasında dəstək olmaq, broşurların, təlimatların və yeni xidmətlə əlaqəli digər vəsaitlərin təşkil edilməsi ilə əlaqədar aidiyyatı strukturlarla  birbaşa koordinasiyanın edilməsi;

Namizədə olan tələblər:
 
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə və ya əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
• Məsuliyyətli olması, təzyiqə davamlılıq, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Məhsulların inkişafı şöbəsinin Eksperti  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et