Məhsulların inkişafı şöbəsinə Ekspert | Banco.az
Rabitəbank

Məhsulların inkişafı şöbəsinə Ekspert

Vakansiya haqqında məlumat: 

 

"Rabitabank" ASC Qeyri-Kredit Satış Departamentinin Məhsulların inkişafı şöbəsinə Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Struktur: Qeyri-Kredit Satış departamenti/Məhsulların inkişafı şöbəsi

Vəzifə: Ekspert

 

Vəzifə öhdəlikləri:

Ø  Qeyri-kredit məhsullarının yaradılmasına, inkişaf etdirilməsinə və onların optimallaşdırılmasına dair təkliflər hazırlamaq;

Ø  Qeyri-kredit məhsullarının yaradılması və inkişafı üçün tələb olunan texniki tapşırıqları hazırlamaq və aidiyyatı strukur tərəfindən icrasına nəzarət etmək;

Ø  Qeyri-kredit məhsullarına dair  risklərin müəyyən edilməsi və qarşısının alınması üçün zəruri tədbirlər görmək;

Ø  Mütəmadi olaraq qeyri-kredit məhsullarının gəlirliliklərini təhlil etmək və xərclərin optimallaşdırılmasına dair təkliflər hazırlanmaq;

Ø  Bank üzrə  qeyri-kredit məhsullarının satış planlarının və layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasını təmin etmək;

Ø  Qeyri-kredit məhsullarına dair təqdimatların, tədris materiallarının və tələb olunan digər məlumatları hazırlanmasına dəstək olmaq.

 

Namizədə olan tələblər:

Ø  Ali təhsil (iqtisadiyyat, maliyyə sahələri üzrə olması arzuolunandır);

Ø  Müvafiq sahə və ya Bankın əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

Ø  Bank (qeyri-kredit) məhsulları üzrə bilik və məlumatlara malik olması;

Ø  MBNP-nin, Mərkəzi Bankın müvafiq qayda və normativlərini bilməsi;

Ø  Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

Ø  Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;

Ø  Məsuliyyətli, stresə davamlı, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti;

Ø  Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı qabiliyyəti (ingilis dili arzuolunandır);

Ø  Ofis proqramlarından mükəmməl istifadə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində "Məhsulların inkişafı şöbəsinin Eksperti" göstərməyiniz xahiş olunur. 

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et