Məhkəmə və İcra İşləri Departamenti Hüquqşünas | Banco.az
AGBank

Məhkəmə və İcra İşləri Departamenti Hüquqşünas

Vakansiya haqqında məlumat: 

Məhkəmə və İcra İşləri Departamenti
Hüquqşünas
 
Tələblər:
 
• Hüquq sahəsi üzrə ali təhsil
• Kompüter bilikləri əla səviyyədə, MS Office proqramlarında sərbəst işləmə bacarığı
• Ünsiyyət qurma 
• Çalışqan
 
Vəzifə öhdəlikləri:
 
• Müraciətlərin, sorğu  və şikayətlərin hazırlanması
• Departament daxilində olan şöbələrlə koordinasiya olunmuş qaydada işləmək, rəhbərliyin göstərişlərini tam və vaxtında icrasını təmin etmək
• Departamentin icraatında olan işlərin hesabatı və rəhbərliyin göstərişi ilə digər hesabatların hazırlanması
• İcra məmurları ilə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq
• Borclulara qarşı ödəniş məqsədi ilə məcburi İcra tədbirlərinin görülməsini təmin etmək, bununla bağlı icra məmuruna müştəri barədə zəruri məlumatları təqdim etmək
• Borclu müştərilərlə daim əlaqə saxlayıb onlarla müvafiq danışıqlar aparmaq
• Borcun ödətdirilməsi məqsədi ilə zəruri olan digər prossesləri həyata keçirmək və s.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] (Günel Qaçayeva) elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et