Masallı, Cəlilabad filialları üzrə menecer | Banco.az

Masallı, Cəlilabad filialları üzrə menecer

Vakansiya haqqında məlumat: 

 

Masallı, Cəlilabad filialları üzrə menecer

 

Tələb olunan keyfiyyətlər:

·         Ali təhsil;

·         Bank sektorunda azı  2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;

·         Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;

·         Analitik mühakimə etmək qabiliyyəti;

·         İdarəetmə və liderlik qabiliyyəti;

·         Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

·         Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Əsas vəzifə və öhdəliklər:

·         Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;

·         Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün  Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

·         Filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq;

·         Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan  irəli gələn müvafiq  tədbirlərin yerinə yetirilməsini təmin etmək;

·         Filialların müstəqil sənəd işləmə  limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil   prosesini həyata keçirmək;

·         Öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

·         Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

 

CV-ləri Masallı, Cəlilabad filialları üzrə menecer mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət: 
PARABOKT ASC

Ən sərfəli krediti almaq üçün müraciət et