Marketinq və Satış üzrə Menecer (Bakı şəhəri) | Banco.az

Marketinq və Satış üzrə Menecer (Bakı şəhəri)

Vakansiya haqqında məlumat: 

Tələblər:

• Marketinq, iqtisadiyyat, biznesin idarəedilməsi, maliyyə menecmenti və ya müvafiq sahələrdən birində ali və ya peşəkar təhsil;
• Marketinq və İctimaiyyətlə əlaqələr sahəsində minimum 1 il təhsil;
• Yüksək səviyyədə konkret vəzifələri və bir neçə tapşırığı eyni vaxtda və dəqiq idarə etmək və konkret müddətdə işi çatdırmaq bacarığı;
• Mükəmməl şəxslərarası ünsiyyət və münasibət bacarığı, komanda işində iştirak və öz yerini müəyyən etmək bacarığı, özünəinam və təşəbbüs nümayişi;
• Əla Azərbaycan dili biliyi; ingilis və/və ya rus dillərindən birində normal yazı və danışıq bacarıqları.
• Regionlara səfər etmək imkanının olması;

Marketinq və Satış üzrə Menecerin əsas işləri aşağıdakıları keyfiyyətli təşkil etməkdir:

• Təşkilatın marketinq fəaliyyətlərini, bazar araşdırmaları, yeni məhsulların hazırlanması, mövcud məhsul portfelinin təkmilləşdirilməsi işinin təşkil və kordinasiya olunması;
• İctimaiyyətlə əlaqələr, təşkilatın nəşrləri, mediada təmsil olunması, məhsullar və təşkilatın imic tanıtım fəaliyyətinin həyata keçirilməsi, marketinq büdcəsini hazırlanması və icra edilməsi; 
• Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili
• Təşkilatın sosial performans layihələrinin kordinasiya olunması;
• İcra olunan biznes layihələrinində iştirak etmək, tələb olunduqca həmin layihələrin koordinasiyasını həyata keçirmək.

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 07 avqust 2014-cü il tarixinədək davam edir.
2. Ərizələri [email protected] ünvanına göndərin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə "marketinq və satış üzrə menecer (Bakı)" yazmağınız xahiş olunur.Əks halda ərizələrə baxılmayacaq.
4. Əlaqə üçün şəxs: Günel Səlimova, İnsan Ehtiyatları Meneceri v.i.e.

Şirkət: 
“İnkişaf üçün Maliyyə” MMC bank olmayan kredit təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et