Marketinq üzrə müdir | Banco.az

Marketinq üzrə müdir

Vakansiya haqqında məlumat: 

Marketinq üzrə müdir

Namizədə olan tələblər:
Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
Marketinq və ya PR sahəsində  minimum üç  illik təcrübəyə malik olması;
Marketinq və bazar araşdırmalarını dərindən bilməli 
Şöbənin  işlərini planlaşdırma bacarığına malik olması;
Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti; 
Rus,İngilis dillərində sərbəst danışıq bacarığı;
Komputer proqramlarını dərindən bilməsi

İş barədə məlumat:
Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək.
Rəqiblərin araşdırılması və  onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək;
Satışın təşkilinə köməklik etmək;
Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək;
Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək;

Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək;

Bankın broşuralarının və illik hesabatının hazırlanması;

Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət;

Bankda keyfiyyətə nəzarət işini təşkil etmək;

Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək;
Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması ;

Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
Satişa dəstək ola biləcək digər bütün işlər;

CV-ləri PR/Marketinq  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et