Marketinq üzrə baş mütəxəssis | Banco.az
PAŞA Bank

Marketinq üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Marketinq üzrə baş mütəxəssis

Artıq ölkəmizin güclü marketoloqları PAŞA Bankın Brend kommunikasiyaları şöbəsində açılmış Marketinq üzrə baş mütəxəssis vakansiyasına müraciət edə bilərlər.

Vəzifənin məqsədi:

Marketinq üzrə baş mütəxəssis PAŞA Bankın Rəqəmsal Laboratoriyasında yaradılan məhsul və xidmətlərin marketinq kommunikasiyasının həyata keçirilməsinə məsuldur.

Vəzifə Öhdəlikləri

 Yerli bazar araşdırması və təhlillərinin aparılması. Biznes, brend, hədəf bazar və rəqib kontekstində brendinq, marketinq və kommunikasiya strategiyasının hazırlanması üçün bütün dəstəkləyici materialların tərtib edilməsi;
 Marketinq kampaniyalarının və təşviqatlarının müəyyən edilməsi və həyata keçirilməsi; Aidiyyəti həmkarlarla sıx əməkdaşlıqda təfərrüatlı marketinq planlarının hazırlanması; Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsi;
 Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt məzmununun, reklam və marketinq planlarına uyğun digər əlaqəli məzmunların hazırlanması;
 Rəqəmsal laboratoriya üçün marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onların səmərəliyinin qiymətləndirilməsi; 
 Toplanmış məlumatlar və digər rəy və şərhləri nəzərə alaraq marketinq kampaniyalarının və strategiyalarının müvafiq qaydada monitorinqi və uyğunlaşdırılması; Rəqib tərəflərin kampaniyalarının qiymətləndirilməsi; Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; Bütün marketinq və satış məlumatlarına nəzarət edilməsi və rəhbərlik üçün detallı hesabatların hazırlanması və şifahi təqdimatların edilməsi; Bütün marketinq fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi;
 Sosial media kampaniyalarının hazırlanması və idarə edilməsi, sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılması; 
 PAŞA Bank adından xarici auditoriyaya açıqlanan müvafiq məzmunların redaktə edilməsi və təsdiq olunması.

Tələb edilən bilik, bacarıq və təcrübə

 Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, Rəqəmsal marketinq və ya əlaqədar sahədə bakalavr və/və ya magistr dərəcəsi 
 İş təcrübəsi: Müvafiq sahədə ən az 5 il iş təcrübəsi
 Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
 Kompüter bilikləri: MS Office proqramları 
 Digər: 
o Yüksək biznes etikası, dürüstlük və sadiqlik 
o Güclü analitik düşünmə bacarığı, proaktiv düşünmə bacarığı 
o Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı
o Güclü ünsiyyət qurma bacarığı, güclü sənəd tərtib etmə bacarığı, yüksək keyfiyyətli biznes sənədləri hazırlamaq bacarığı
o Güclü təşkilati, planlaşdırma və nəzarət etmə bacarığı
o Gərgin iş mühitində işləmək bacarığı, stressin idarə edilməsi bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Vakansiya üzrə son müraciət tarixi 30 sentyabr 2019-dur.

Ən sərfəli krediti almaq üçün müraciət et