Marketinq Şöbə Müdiri | Banco.az

Marketinq Şöbə Müdiri

Vakansiya haqqında məlumat: 

İş haqqında məlumat

• Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq;
• Istehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək; 
• Şirkətin ixrac etdiyi markaların vəziyyətini  görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək;  
• Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək; 
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək; 
• Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək; 
• Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.

Tələblər

• Ali təhsilli (Marketinq sahəsində) olmalı; 
• Müvafiq sahədə ən azı 5 il iş təcrübə; 
• Dil bilikləri: Rus, İngilis
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş şərtləri

Həftə içi 5 gün, saat 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Marketinq Şöbə Müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Şirkət: 
Azersun Holding

Ən sərfəli krediti almaq üçün müraciət et