Kapital Bank
Marketinq Departamentinin Rəqəmsal Marketinq Şöbəsinin Aparıcı Mütəxəssisi
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Marketinq Departamentinin Rəqəmsal Marketinq Şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Sosial şəbəkələrdə Banka aid səhifələrə nəzarət edilməsi, səhifələrin yenilənməsi və aktivliyin təmin edilməsi;
- Bankın korporativ və məhsul saytlarına nəzarət edilməsi, kontentin yenilənməsi və aktivliyin təmin edilməsi;
- Rəqəmsal marketinq üzrə podratçılarla işin qurulması və müştərək fəaliyyətin həyata keçirilməsi;
- Bankın internet platformasında reklam fəaliyyətinin qurulması və podratçılarla işin aparılması;
- Bankın internet platformasında aktivliyin təmin edilməsi üçün alternativ həllərin hazırlanması və həyata keçirilməsi.
Tələblər
- Ali təhsil;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Analitik təfəkkürə sahib olma;
- Yüksək təşkilatçılıq bacarığı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik və məsuliyyətlilik;
- Yüksək ünsiyyətqurma bacarığı;
- Azərbaycan və Rus dillərini əla bilmək;
- Sahə üzrə 3 il və daha artıq iş təcrübəsi.
Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/