Marketinq departamentinin Direktoru | Banco.az
Bank BTB

Marketinq departamentinin Direktoru

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC "Marketinq departamentinin Direktoru" vəzifəsinə işə qəbul elan edir.

Marketinq departamentinin Direktoru  

İş barədə məlumat:

  • Bankın marketinq siyasətini və marketinq planını hazırlayır;
  • Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;
  • Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;
  • Bankın məhsullarının təşviqatını təşkil edir;
  • Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
  • Ona birbaşa hesabatlı olan işçilərin  hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
  • Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır

Namizədə tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27  Fevral, 2019-cu  il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktoru) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et