Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri | Banco.az

Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Marketinq Departamentində Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Marketinq araşdırmaları və proqramları, reklam və PR fəaliyyəti üzrə illik fəaliyyət planlarının və proqramların hazırlanması və icrasında iştirak;
• Bank məhsulları və xidmətləri üzrə bazarın cari vəziyyətini, inkişaf meyllərini və satış dinamikalarını, rəqib bankların şərtlərini, üstün və zəif cəhətlərini araşdırır və təhlil edir;
• Müştərilər arasında sorğu və araşdırmaların həyata keçirilməsi və təşkili (müştəri məmnuniyyəti / fikirləri / münasibətləri və s.);
• Müştəri xidməti keyfiyyəti üzrə “Gizli müştəri” araşdırmalarının və monitorinqlərin təşkili, xidmətin keyfiyyəti üzrə təkliflərin verilməsi;
• Bank əməkdaşları arasında sorğuların və dəyirmi masa tipli müzakirələrin həyata keçirilməsi və s;
• Yeni məhsullarının yaradılması ilə bağlı araşdırmaların həyata keçirilməsi və təkliflərin verilməsi, tətbiqində iştirak;
• Araşdırmalar əsasında cari məhsulların şərtlərinin optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması və tətbiqində iştirak və s.);
• Stimullaşdırıcı lotereya, bonus, bayram günlərinə həsr edilən, müxtəlif müştəri seqmenlərinə yönümlü proqram və aksiyaların həyata keçirilməsi;
• Tərəfdaşlarla müzakirələrin və təqdimatların həyata keçirilməsi, layihər üzrə əməkdaşlığın yaradılması və koordinasiyası işləri;
• Reklam planlarının və təkliflərinin hazırlanmasında, reklam aksiyalarının və tədbirlərinin həyata keçirilməsində iştirak;
• CRM sistemləri ilə işləmə, onların təkmilləşdirilməsi, müxtəlif seqmentlərə yönəlik kampaniyaların formalaşdırılmsı.

Namizədə qarşı tələblər:

 Ali Təhsil; 
 Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
 Azərbaycan və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti 
 Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsinin olması;
 Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
 Həm Bank sektorunda, həmçinin araşdırma şirkətlərində təcrübəsi olması üstünlük sayıla bilər;
 Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
 MS Word, MS Excel kompüter proqramları və elektron poçt sistemi (e-mail) ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et