Market Araşdırma Təhlilçisi | Banco.az
FINCA Azerbaijan

Market Araşdırma Təhlilçisi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Marketinq Departamenti üçün Market Araşdırma Təhlilçisi vəzifəsinə işçi axtarışı elan edir.

Market Araşdırma Təhlilçisi “FINCA Azərbaycan”-ın cari məhsullarına dair trendlərin və istiqamətlərin, marketlərin müəyyənləşdirilməsinə, araşdırmaların aparılmasına, yeni məhsullar və market imkanlarına dair kəmiyyət və keyfiyyət təhlillərindən çıxış edərək tövsiyyələrin verilməsinə məsuliyyət daşıyır. Market Araşdırma Təhlilçisi mümkün araşdırmalar nəticəsində əldə olunan məlumatları toplayır, məlumatların emalı fəaliyyətinə rəhbərlik edir, eləcə də yazılı şəkildə ilkin araşdırmalar aparır, təhlillər, müsahibələr həyata keçirir və fokus-qruplar təşkil edir. Market Araşdırma Təhlilçisi birbaşa satış və marketinq fəaliyyətinə dəstək vermək üçün müxtəlif növ məlumatları toplayır və təhlil edir. Bundan başqa, bu vəzifə sahibləri rəqibləri müəyyənləşdirir və onlara nəzarət edir, marketin vəziyyətini və ya istehsalatda satışa ziyan vura biləcək market dəyişikliklərini tədqiq edirlər.

“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

 

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

  • Araşdırma, təqdiqat sahəsində ən azı 1 il təcrübə,
  • Analiz və təşkilati bacarıqlar,
  • Ünsiyyət və təqdimat bacarıqları,
  • Kəmiyyət və keyfiyyət araşdırmaları vasitələrindən istifadə edərək analitik hesabatlar hazırlamaq,
  • Vaxtaşırı Azərbaycanın bölgələrinə səyahət etmək,
  • Ali təhsil,
  • Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq.

 

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 07 Sentyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə əsli [email protected] , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№546/14) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et