Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi | Banco.az
Kapital Bank

Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət edilməsi;
  • Biznes proseslərin analizi, qiymətləndirilməsi və çatışmazlıqların aşkar edilməsi;
  • Maliyyə və əməliyyat nəzarəti şöbəsi üçün zəruri hesabatların hazırlanması;
  • Hesabatların alqoritmlərini yazaraq avtomatlaşdırılması;
  • Hesabatların analizi.

Tələblər

  • Ali təhsil;
  • Maliyyə və ya riyazi sahə üzrə ixtisas;
  • Bank qanunvericiliyi ilə bağlı biliklər;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Microsoft Office (Excell) üzrə biliklər;
  • Proqramlaşdırma və hesabatlıq (SQL) üzrə təcrübəsi;
  • Rus və İngilis dillərini bilməsi arzu olunandır;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
  • Proqramlaşdırma dilləri üzrə bilikləri;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Fərdi və komanda ilə işləmək qabiliyyəti;
  • Qərarvermə və problem həlletmə qabiliyyəti.

 

CV-lərinizi, mövzu hissəsində “Nəzarət Departamenti/Maliyyə və əməliyyat nəzarəti şöbəsi/ Aparıcı mütəxəssis/Baş mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et