Maliyyə İnstitutları ilə Əlaqələr üzrə Menecer | Banco.az
Kapital Bank

Maliyyə İnstitutları ilə Əlaqələr üzrə Menecer

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri Maliyyə İnstitutları ilə Əlaqələr üzrə Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflər vermək və xarici əməkdaşlığın qurulmasında bilavasitə iştirak etmək;
  • Bank rəhbərliyinin göstərişi ilə xarici maliyyə təşkilatları ilə işgüzar səfərlərdə iştirak etmək;
  • Yerli və xarici banklarla mövcud müxbir bank əlaqələrinin aktiv şəkildə idarə edilməsi;
  • Bankın xarici valyuta ilə Nostro və Loro hesablarının açılması üçün zəruri sənədləşmə işinin təşkil edilməsi, daimi olaraq hesab üzrə sənədlərin yenilənməsinə nəzarəti həyata keçirmək;
  • Müxbir banklar tərəfindən təklif olunan xidmətlərin tarifini, universallığını, əməliyyatların keyfiyyətini, etibarlılığını nəzərə alaraq beynəlxalq hesablaşmalar üçün müxbir bankların seçilməsi və bu banklarda kredit xətti limitlərinin təyin edilməsi barəsində təkliflər vermək;
  • Bankda "Due Diligence"-in təşkili və aparılmasında iştirak etmək;
  • Beynəlxalq maliyyə institutları və maliyyə təşkilatları tərəfindən xarici investisiyaların cəlbində iştirak etmək;
  • Bankın müvafiq struktur bölmələrinə sorğu ünvanlamaq, onlardan tələb olunan zəruri məlumatları əldə etmək və təyinatı üzrə istifadə etmək. 

Tələblər

  • Maliyyə və beynəlxalq münasibətlər istiqaməti üzrə ali təhsil;
  • Maliyyə İnstitutları, müxbir bankçılıq və ya xəzinədarlıq sahəsində 2-3 illik iş təcrübəsi;
  • Məsuliyyətlilik, dəqiqlik və komanda tərkibində işləmək bacarığı;
  • Azərbaycan, Rus və İngilis dilləri üzrə əla biliklər;
  • MS Word, MS Excel, Outlook proqramları üzrə əla biliklər.

Mövzu hissəsində “Maliyyə İnstitutları” qeyd etmələ CV-nizi [email protected] mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et