Maliyyə hesabatları şöbəsinin (aparıcı, baş) mütəxəssisi | Banco.az
AccessBank

Maliyyə hesabatları şöbəsinin (aparıcı, baş) mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Maliyyə hesabatları şöbəsinin (aparıcı, baş) mütəxəssisi

Öhdəlikləri:

 Məlumatların mütəmadi toplanması, emalı və təhlili üzrə iş
 Rəhbərlik, kənar tərəfdaşlar, tənzimləyici və s. üçün aylıq hesabatların hazırlanması;
 Hesabat proseslərinin optimallaşdırılmasında fəal iştirak etmək;
 Maliyyə hesabatları şöbəsinin prosedurlarının icrası;
 Daxili hesabat alətləri, məlumatların keyfiyyətinin yaxşılaşdırılması, əlavə hesabat tələbləri ilə əlaqədar digər departamentlərlə qarşılıqlı əlaqələr.

Tələblər:

 İqtisadiyyat / maliyyə sahəsində ali təhsil
 Mühasibat / maliyyə hesabatı və bank sahəsində iş təcrübəsi
 MS Office proqram məhsulları ilə (o cümlədən, Excel, PowerPoint) iş təcrübəsi və peşəkar biliklər. SQL vərdişlərini üstünlük verilir.
 Mükəmməl analitik bacarıq, təfsilatlara qarşı diqqətcillik
 İşçi səviyyədə ingilis dili biliyi;
 Komandada işləmək bacarığı, intizamlılıq, yüksək iş qabiliyyəti;
 Mükəmməl ünsiyyət vərdişləri;  Vaxt müddətlərinə ciddi riayət olunması;
 Tez öyrənmək bacarığı, peşəkar yüksəlişə yönümlülük.

BMHS üzrə mühasibat uçotunun prinsiplərini və maliyyə hesabatları üzrə tənzimləyici tələbləri bilən namizədlər üstünlüyə malik olacaq.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et