Maliyyə departamenti / Hesabatlıq və təhlil şöbəsi / Şöbə müdiri | Banco.az
Expressbank

Maliyyə departamenti / Hesabatlıq və təhlil şöbəsi / Şöbə müdiri

Vakansiya haqqında məlumat: 

“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.

Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.

Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.

İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət  Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.

Maliyyə departamenti / Hesabatlıq və təhlil şöbəsi / Şöbə müdiri

Tələblər:

- Ali iqtisadi təhsil;
- Mükəmməl mühasibatlıq biliyi;
- Analoji sahədə 3 il iş təcrübəsi;
- AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
- Analitik düşünmə və təklif vermə bacarıqları;
- Mükəmməl Microsoft Office (Excel-yüksək səviyyədə) proqramların biliyi;
- SQL bilikləri olan namizədlərə üstünlük verilir;
- ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
- Liderlik qabiliyyəti.

Vəzifə öhdəlikləri:

- Nəzarət edici orqanlara (Mərkəzi Bank, ADİF və s.) hesabatların təqdim olunmasına nəzarət;
- Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanmasına nəzarət;
- İdarəedici informasiya sistemi üzrə əsas işlərin aparılması, prosedurun yazılması və və ona uyğun fəaliyyət sxeminin qurulması;
- Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanmasına nəzarət;
- Kütləvi informasiya vasitələrinə açıqlanmaq üçün hesabatların hazırlanmasına nəzarət;
- Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi və təkliflərin verilməsi;
- Bankın ümumilikdə və ayrı-ayrı biznes sahələrinin təhlilində iştirak;
- Üzvü olduğu kredit komitələrində çıxarılan işlərin maliyyə təhlilini aparmaq.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsi uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda  Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et