Layihələrin idarəedilməsi üzrə baş mütəxəssis | Banco.az

Layihələrin idarəedilməsi üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

PASHA Holding Layihələrin idarəedilməsi üzrə baş mütəxəssis  vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

Layihələrin İdarəedilməsi ofisi:

• Layihələrin idarəediməsi metodologiyasının və proseslərinin yaradılması;
• Strateji aktivlərin və korporativ mərkəzə aid layihələrinin statusunun monitorinqi/izlənilməsi;
• Korporativ mərkəzin strateji layihələrinin idarə edilməsi/dəstəklənməsi;
• PAŞA Qrupunun layihələrin idarəedilməsi metodologiyasının inkişafına dəstək;
• Qrup daxilində layihələrin idarəedilməsi qabiliyyətinin artırılmasına dəstək;
• Müşahidə şurasının iclaslarının planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi (hazırlıq, yenilənmiş strateji layihələrin analizi və Müşahidə şurası üzvlərinə təqdim edilməsi);
• Qrup üzrə Müşahidə şurasının iclasları zamanı qeydlərin alınması, iclasların protokollaşdırılması və qəbul edilmiş qərarların həyata keçirilməsinə nəzarət;
• Bitmiş layihələr üzrə sorğuların təşkil edilməsi;
• Birbaşa rəhbərliyə layihələrin idarəedilməsi məsələləri üzrə status hesabatlarının təqdim edilməsi.

Layihələrin İdarəedilməsi:

• Layihələrin idarəedilməsi və çatdırılması üçün tam öhdəlik;
• Layihələrin və onun insan və maliyyə qaynaqlarının gündəlik olaraq idarəedilməsi, əlaqələndirilməsi və nəzarəti;
• Layihələrin uğurla tamamlanması üçün fəaliyyətin və onun ardıcıllığını müəyyən edən təfsilatlı iş planının hazırlanması;
• İdarəsində olan bütün layihələrin zamanında əhatə sahəsində və büdcə daxilində tamamlanmasını təmin etmək;

• Layihələrin əhatə sahələrinin müəyyən edilməsi, bütün əlaqəli səhmdarların cəlb edilməsi və texniki dəstəyin təmin edilməsi.

Əməliyyatların idarəedilməsi:

• Əməliyyatların idarəedilməsi proseslərinin, qaydalar və vasitələrin yaradılması və yenilənməsi;
• İllik Əməliyyat planlarının tətbiq edilməsinə nəzarət edilməsi və ona dair hesabatların hazırlanması;
• Əməliyyatlara baxış iclaslarının planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi;
• Birbaşa rəhbərə əməliyyatların idarəedilməsi məsələləri ilə əlaqəli hesabatların təqdim edilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Biznesin idarəedilməsi və ya yaxın sahə üzrə bakalavr dərəcəsi;
• Layihələrin idarəedilməsi sahəsində ən az 2 il iş təcrübəsi tələb olunur;
• Biznesin təhlili sahəsində mükəmməl bacarıqlar;
• Güclü analitik bacarıqlar;
• MS Office və layihələrin idarəedilməsi ilə əlaqəli proqramların yaxşı bilik səviyyəsi;
• Azərbaycan, rus, ingilis dillərinin yüksək bilik dərəcəsi. Türk dilinin biliyi üstünlükdür;
• Yazılı və şifahi kommunikasiya bacarıqları.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
 
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Layihələrin idarəedilməsi üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 12 avqust, 2018-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə

Şirkət: 
PASHA Holding

Ən sərfəli krediti almaq üçün müraciət et