Kreditləşmə istiqaməti üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis | Banco.az
ABB

Kreditləşmə istiqaməti üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

ABB” ASC  Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə mütəxəssis /aparıcı /baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə ilə əlaqədar müştəriləri qəbul etmək;
 İlkin mərhələdə tələb olunan sənədlər toplusunu müştəridən təhvil alaraq icra üçün yönləndirmək;
 Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqamətində sənəd dövriyyəsinin hazırlanması, nizamlanması və tam paket formasında təqdim edilməsi;

Tələb olunan səriştələr:

 Analitik təhlil, problemləri həll etmə bacarığı;
 Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı;
 Vaxtı idarəetmə və operativ şəkildə işləmək bacarığı;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (iqtisadiyyat, riyaziyyat və s.);
 Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə minimum 2 il iş təcrübəsi; 
 Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
 Azərbaycan və rus dillərində səlist danışmaq/yazmaq bacarığı (ingilis dili biliyi üstünlükdür);

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 Noyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et