Kreditlərin monitorinqi şöbəsində mütəxəssis və baş mütəxəssis | Banco.az
AFB Bank

Kreditlərin monitorinqi şöbəsində mütəxəssis və baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Kreditlərin monitorinqi şöbəsinə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Departament: Kreditlərin təhlili departamenti

Vəzifə: Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi / baş mütəxəssisi             

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 


• Ali iqtisadi təhsil;

• Analitik təhlil etmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;

• MS Office proqramlarında sərbəst işləmək bacarığı;   
• Problemləri həll etmək bacarığı;

• Qeyd olunan sahə üzrə azı 2 il iş təcrübəsi.

 

 İŞİN TƏSVİRİ:


• Biznesin yoxlanması üçün obyektə baxış keçirilməsi (limit çərçivəsində);
• Kredit memorandumlarının yoxlanılması;
• Kreditlər barədə qərarların verilməsi;
• Cari kreditlərin monitorinqinin həyata keçirilməsi;
• Kredit portfelinə gündəlik nəzarət edilməsi;
• Hesabatların hazırlanması;
• Problemli kreditlərin həlli yollarının tapılması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi, baş mütəxəssisi qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Ərizə qəbulu üçün son tarix -30 aprel 2018-ci il.

Ən sərfəli krediti almaq üçün müraciət et