Kreditlərə nəzarət departamentinin baş mütəxəssisi | Banco.az
Bank BTB

Kreditlərə nəzarət departamentinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Kreditlərə nəzarət departamentinin Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Kreditlərə nəzarət departamentinin baş mütəxəssisi

 İş barədə məlumat:

  • Kredit və girov bazarlarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin  Bankın strategiyasına uyğun olaraq  təkmilləşdirilməsi üzrə  təkliflərini  Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
  • Akkreditiv və qarantiyalar üzrə  müraciətləri qiymətləndirmək;
  • Akkreditiv və qarantiyaları hazırlamaq və onların uçotunu aparmaq;
  • Kredit sifarişlərinin qiymətləndirilməsinə yenidən baxmaq;
  • Müştərilərin gəlir mənbəyini analiz etmək;
  • Satışların  artırılması məqsədilə  təkliflərini  Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
  • Bankdaxili qaydalara uyğun olaraq, ehtiyac olduqda girovların (ipoteka) ilkin qiymətləndirilməsində iştirak etmək;
  • Birbaşa rəhbəri tərəfindən  həvalə  edilmiş  tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • ali iqtisadi təhsil;
  • kredit sahəsində azı 2 il bank təcrübəsi;
  • analitik qabiliyyət;
  • İngilis, azərbaycan, rus  dillərini  bilmək;
  • səmərəli ünsiyyət qurma bacarığı;
  • işgüzar ünsiyyət etikası;
  • komandada işləmə qabiliyyəti;
  • Microsoft Office proqramlarında işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et