Kredit təhlili şöbəsinin rəisi | Banco.az
AFB Bank

Kredit təhlili şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Kredit təhlili şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.

 

Departament: Kreditlərin təhlili departamenti

Vəzifə: Kredit təhlili şöbəsinin rəisi             

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 


• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes ,idarəetmə, hüquq və s.);
• Biznes kreditləşməsi / kreditlərin təhlili (Credit Risk Underwriter) sahəsində azı 3 il iş təcrübəsi;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində bilklər;
• Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində səlist danışmaq və yazmaq.

 

İŞİN TƏSVİRİ:

• Müştərilərin maliyyə hesabatlığını təhlil etmək;
• Kredit sifarişi üzrə kredit müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və müvafiq strukturlarla razılaşdırmaq;

• Kredit üzrə müraciətlərə baxılmasına dair vahid rəy hazırlamaq və qərarların nəticəsini strukturlara çatırılmasını təmin etmək;
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək;
• Müştəriyə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək;
• Kredit müraciətlərinin təhlilini aparmaq;
• Kreditləşmə və kredit risklərinin qiymətləndirilməsi üzrə Bankın metodoloji bazasının hazırlanmasında iştirak etmək;

• Kredit portfeli üzrə ehtiyatları hesablamaq;

• Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Kredit təhlili şöbəsinin rəisi qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 30 aprel 2018-ci il.

Ən sərfəli krediti almaq üçün müraciət et