Kredit təhlili şöbəsində mütəxəssis və baş mütəxəssis | Banco.az
AFB Bank

Kredit təhlili şöbəsində mütəxəssis və baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Kredit təhlili şöbəsinə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Departament: Kreditlərin təhlili departamenti

Vəzifə: Kredit təhlili şöbəsinin mütəxəssisi \ baş mütəxəssisi             

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 


• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
• Biznes kreditləşməsi / kreditlərin təhlili (Credit Risk Underwriter) sahəsində azı 3 il iş       təcrübəsi;
•Biznesin maliyyə təhlilinin aparılması sahəsində bilklər;
• Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində səlist biliklər.

 

İŞİN TƏSVİRİ:


• Müştərilərin maliyyə təhlilini həyata keçirmək;
• Kredit sifarişi üzrə kredit müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və müvafiq strukturlarla razılaşdırmaq;
•Kredit üzrə müraciətlərə baxılmasına dair vahid rəy hazırlamaq və qərarların nəticələrini strukturlara çatdırılmasını təmin etmək;
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək və verilmiş kreditlər barədə statistika aparmaq;
• Müraciət üzrə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək;
• Kredit müraciətlərinin təhlilini aparmaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Kredit təhlili şöbəsinin mütəxəssisi\baş mütəxəssisi qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Ərizə qəbulu üçün son tarix – 30 aprel 2018-ci il.

Ən sərfəli krediti almaq üçün müraciət et