Kredit şöbəsinin rəisi (Gəncə və Bərdə filialı) | Banco.az
Kapital Bank

Kredit şöbəsinin rəisi (Gəncə və Bərdə filialı)

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri aşağıdakı regional filiallara Kredit şöbəsinin rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Gəncə, Bərdə

Öhdəliklər

  • Kredit şəbəsinin iş bölgüsü
  • Filialın kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq
  • Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək
  • Filial müdirinə işin daha səmərəli təşkili və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi
  • Biznes kreditlərin təhlili və rəsmiləşdirilməsi
  • Problemli kreditlərlə iş
  • İstehsal təcrübəsində olanların kredit işinin  öyrədilməsi
  • Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək
  • Vəzifə təlimatı çərçivəsində rəhbərliyin digər əmr və tapşırıqlarını yerinə yetirmək

Tələblər

  • Ali iqtisadi təhsil 
  • Bu sahədə minimum 3 il  iş təcrübəsi
  • Analitik düşüncə
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

CV-lərinizi müraciət etdiyiniz şəhəri və "Kredit şöbə rəisi" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!

Ən sərfəli krediti almaq üçün müraciət et