Kredit şöbəsinin rəhbəri | Banco.az
Bank BTB

Kredit şöbəsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Kredit şöbəsinin rəhbəri

Kredit şöbəsinin rəhbəri

İş barədə məlumat:

  • Mövcud kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və yeni kredit məhsulları barədə təkliflər hazırlayır və filial müdirinə təqdim edir;
  • Filialın kredit məhsullarının təşviqini və yeni borcalanların cəlb olunmasını təşkil edir;
  • Filialın kredit portfeli və onun keyfiyyəti üzrə hədəflərinin icrasını təşkil edir;
  • Kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edir;
  • Gündəlik əsasda kreditlərin ödənişinə nəzarət edir və bankdaxili qaydalara müvafiq olaraq, problemli borclar üzrə müvafiq tədbirlər görür;
  • Filialın kredit portfeli və onun keyfiyyəti üzrə hədəflərinin yerinə yetirilməsi üçün tam məsuliyyət daşıyır.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Kreditləşmə sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Ünsiyyət qurma bacarığı;
  • Satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 30 Aprel, 2019-cu il tarixinədək cv@btb.az  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç