Kredit şöbəsinin rəhbəri | Banco.az
Bank BTB

Kredit şöbəsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Kredit şöbəsinin rəhbəri  (Gəncə şəhəri, “Gəncə” filialı) vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Kredit şöbəsinin rəhbəri 

İş barədə məlumat:

  • Yeni müştərilərin cəlb olunmasını təşkil edir;
  • Mövcud kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və yeni kredit məhsulları barədə təkliflər hazırlayır və filial müdirinə təqdim edir;
  • Kredit mütəxəssislərinin hədəflərini müəyyən edir və onların yerinə yetirilməsi üçün zəruri məsləhət və tapşırıqlar verir;
  • Filialın kredit portfeli və onun keyfiyyəti üzrə hədəflərinin icrasını təşkil edir;
  • Kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edir.

Namizədə tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil,
  • Ən azı 3 il iş təcrübəsi,
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı,
  • Liderlik bacarıqları;
  • MS office proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 30 Aprel, 2018-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin rəhbəri (“Gəncə” filialı)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et