Kredit şöbəsinin kiçik mütəxəssisi / baş mütəxəssisi "Göyçay" filialı | Banco.az
Xalq Bank

Kredit şöbəsinin kiçik mütəxəssisi / baş mütəxəssisi "Göyçay" filialı

Vakansiya haqqında məlumat: 

Əməkhaqqı: 590 AZN-dən 1370 AZN-dək

Qeyd: Bank təcrübəsi olmayan namizədlər əməkhaqqı 390 AZN ödənilməklə stajçi mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Göyçay

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.

İŞİN TƏSVİRİ:

  • Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
  • Kredit sənədlərinin tərtibi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Müştəri hesablarının aparılmasına nəzarət;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri :

E - mail:            [email protected]

Telefon:           (012) 404 43 39

Faks:               (012) 404 43 34 

Ən sərfəli krediti almaq üçün müraciət et