Kredit Risklərinin İdarə Edilməsi Şöbəsində Aparıcı və Baş Mütəxəssis | Banco.az
Kapital Bank

Kredit Risklərinin İdarə Edilməsi Şöbəsində Aparıcı və Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı və Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Retail kredit şərtləri və scorinq sənədlərinə rəy bildirilməsi;
  • Analitik hesabatların hazırlanması və portfelin keyfiyyətinin təhlili;
  • Kreditləşmə şərtlərinə əməl edilməsinə nəzarət və fraud yönümlü monitorinqlərin aparılması.

Tələblər

  • Ali təhsil;
  • Yüksək analitik düşünmə qabiliyyəti;
  • Təzyiqə davamlılıq və operativlik;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Pərakəndə kredit məhsulları, mikrokreditlər və kredit kartları sahəsində iş təcrübəsi;
  • Bank sahəsində minimum 3 illik iş təcrübəsi;
  • MS Excel proqramını əla səviyyədə bilmək.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

Ən sərfəli krediti almaq üçün müraciət et