Kredit Mütəxəssisi (Quba) | Banco.az
Azkredit

Kredit Mütəxəssisi (Quba)

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Quba şəhərində yeni açılacaq Quba filialına KREDİT MÜTƏXƏSSİSİ vəzifəsinə işçi qəbulu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Quba filialına KREDİT MÜTƏXƏSSİSİ vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

  • AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  • Kredit ərizələrini qəbul edir, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparır;
  • Zəruri olduqda girov kimi təqdim olunan əmlakın tədqiqini həyata keçirir;
  • Kredit ərizələrini hazırlayır və filialın kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim edir;
  • Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görür;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Kiçik bizneslə iş sahəsində müvafiq təcrübə;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 05 may 2014-cü il tarixinədək AzərKredit-in Xaçmaz filialına (N. Nərimanov küç. 8A. Telefon: (+994 023) 325 31 87) təqdim etsinlər və ya aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya Xaçmaz filialından əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Quba filialına KREDİT MÜTƏXƏSSİSİ). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]
Faks: (012) 597 30 39

Ən sərfəli krediti almaq üçün müraciət et