Kredit mütəxəssisi | Banco.az

Kredit mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 “Brand Credit BOKT” MMC Baş ofis və Göyçay filialı üçün Kredit mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Təşkilatın kredit məhsullarını təbliğ edir və müştəriləri cəlb edir, birbaşa marketinq və satış funksiyasını həyata        keçirir
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir
  • Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir
  • Kreditin verilməsi ilə bağlı sənədləşmə işlərini aparır və müvafiq təkliflər hazırlayır
  • Kredit portfelinin keyfiyyətinə nəzarət edir

Namizədə tələblər:

  • Ali təhsil
  • Biznes kreditləri sahəsi üzrə 1 ildən yuxarı təcrübə
  • Yüksək səviyyədə icra olunan kredit portfeli
  • Məntiqi düşünmək  qabiliyyəti
  • Məsuliyyətli, dəqiq və detallara diqqət etmək qabiliyyəti
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı
  • Komandada işləmək  bacarığı

Əlaqə:

Yuxarıdakı tələblərə uyğun namizədlər  öz şəkilli CV-lərini mövzu hissəsində müvafiq departament və filial üzrə “Kredit mütəxəssisi”(işçi)- Göyçay filialı qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
“Brand Credit BOKT” MMC

Ən sərfəli krediti almaq üçün müraciət et