Kredit meneceri (Mingəçevir və Quba(Qusar) filialları) | Banco.az

Kredit meneceri (Mingəçevir və Quba(Qusar) filialları)

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər
 
- Ali təhsili;
- Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 2 (iki) il təcrübə;
- İdarəetmə və liderlik bacarığı;
- Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
- Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq;
- İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etmək
- İnsan resurslarını idarə etməyi bacarmaq;
- Fərdi və komanda şəklində işləmək;
- Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Word və Excel).
 
Əsas vəzifə və öhdəlikləri:
 
- Kredit işçilərinin işə qəbulu prosesində bilavasitə iştirak etmək, namizədləri Baş ofisin aidiyyatı departamentinə / bölməsinə təqdim etmək və rəy bildirmək;
- Sınaq müddətini başa vurmuş Kredit işçilərinin işinə nəzarət 
- Yerli Kredit Komitəsində iştirak etmək və kredit sənədləri ilə bağlı rəy bildirmək, zərurət yarandıqda YKK-ya sədrlik etmək;
- Filialın kredit portfelinin keyfiyyətini təhlil etmək, filialın maliyyə analizini aparmaq;
- Borcalanların ödənişlərinin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək;
- Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və ona nəzarət etmək;
- Problemli kreditlərlə işləmək;
 
Yuksək maaş + aylıq bonus
 
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et