Kredit Meneceri (Ağdaş filialı) | Banco.az

Kredit Meneceri (Ağdaş filialı)

Vakansiya haqqında məlumat: 

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

Ağdaş filialı Kredit Meneceri

Tələblər:

• Ən azı bir illik kreditlərin təhlili və verilməsi sahəsində təcrübəsi;
• Ağdaş ərazisini yaxşı tanımaq;
• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:

• Kredit işçilərindən qurulmuş kredit komandalarına rəhbərlik etmək, iş bölgüsü aparmaq, yeni kredit müraciətlərini və təhlillərini analiz etmək; 
• Kredit komandasının portfelinin keyfiyyətini izləmək;
• Kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İş müraciətinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:

“İnkişaf üçün Maliyyə” MMC-nin Ağdaş filialı  E-poçt:  [email protected]

Heydər Əliyev prospekti 58             Faks:  (994 12) 492 77 63 (11)  

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 07 avqust 2014-cü il tarixinədək davam edir.
2. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə "Ağdaş filialı kredit meneceri" yazmağınız xahiş olunur. Əks halda Ərizələrə (CV-lərə) baxılmayacaq.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Əlaqə üçün şəxs: Günel Səlimova, İnsan Ehtiyatları Meneceri v.i.e.

Şirkət: 
İnkişaf üçün Maliyyə MMC

Ən sərfəli krediti almaq üçün müraciət et