Kredit meneceri | Banco.az

Kredit meneceri

Vakansiya haqqında məlumat: 

“Brand Credit BOKT” MMC Kredit meneceri vəzifəsinə işəqəbul elan edir.

1.Əsas vəzifə öhdəlikləri

  • Təşkilatın kredit portfelinin keyfiyyətinin təhlili.
  • Təşkilatın maliyyə analizinin aparılması.
  • Kredit mütəxəssislərinin tərəfindən aparılan biznes təhlillərinin yoxlanılması.
  • Kredit portfelinin idarə olunması və nəzarət.
  • Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
  • Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
  • Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
  • Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.
  • Problemli kreditlərlə işin təşkili və koordinasiyası.
  • Təşkilatın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və müştərilərin cəlb olunması, onlara göstərilən  xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi.

2.Namizədə tələblər

  •  Ali iqtisadi təhsil
  •  Ən azı 1 il bank və yaxud qeyri-bank təşkilatında kreditlərin verilməsi, təhlili və təcrübəsiz işçilərinöyrədilməsisahəsində iş təcrübəsi
  •  Microsoft Office proqramlarında işləmə bacarığı
  •   Analitik düşüncə tərzi
  •   Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq
  •   Azərbaycan, rus dillərini bilməsi (əlavə olaraq ingilis dilini bilənlərə üstünlük verilir);
  •   İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq;

Əlaqə

Yuxarıdakı tələblərə uyğun namizədlər  öz şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
“Brand Credit BOKT” MMC

Ən sərfəli krediti almaq üçün müraciət et