Kredit işçisi (Ağdaş filialı) | Banco.az

Kredit işçisi (Ağdaş filialı)

Vakansiya haqqında məlumat: 

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı Ağdaş filialına
Ağdaş rayonu ərazisində kreditləşmə aparmaq üçün KREDİT İŞÇİSİ QƏBULU ELAN EDIR.

Tələblər:

• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:

• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:

• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

İş müraciətinizi aşağıdakı ünvanlara çap və ya elektron formatda göndərə bilərsiniz:

Ağdaş rayonu:       
“İnkişaf üçün Maliyyə” MMC-nin filialı         
Ağdaş şəhəri, Heyder Əliyev prospekti 58 
Bazardan (1-ci Supermarketdən) aşağıda

E-poçt: [email protected]
Faks:    (+994 12) 492 77 63 (11) 

Xüsusi Qeydlər:

1. Qadın namizədləri müsabiqədə fəal iştirak etməyə ruhlandırırıq.
2. Ərizələrin (CV-lərin) qəbulu 08 May 2014-cü il tarixinədək davam edir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə "Ağdaş filialı kredit işçisi" yazmağınız xahiş edilir.

Şirkət: 
İnkişaf üçün Maliyyə MMC

Ən sərfəli krediti almaq üçün müraciət et