Kredit işçisi (Ağcabədi filialı) | Banco.az

Kredit işçisi (Ağcabədi filialı)

Vakansiya haqqında məlumat: 

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

Ağcabədi filialı Kredit işçisi

Tələblər:

• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ağcabədi rayon və kənd ərazilərini yaxşı yanıma
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:

• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:

• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

Ağcabədi rayonu:      

“İnkişaf üçün Maliyyə” MMC-nin filialı   E-poçt: [email protected]

Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə prospekti 355  Faks:  (994 12) 492 77 63 (11)  
(Müəllimlər İnstitutunun yanı)   

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 07 avqust 2014-cü il tarixinədək davam edir.
2. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Ağcabədi kredit işçisi" yazmağınız xahiş olunur. Əks halda Ərizələrə (CV-lərə) baxılmayacaq.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Əlaqə üçün şəxs: Günel Səlimova, İnsan Ehtiyatları Meneceri v.i.e.

Şirkət: 
İnkişaf üçün Maliyyə MMC

Ən sərfəli krediti almaq üçün müraciət et