Kredit inzibatçılığı şöbəsinin Baş mütəxəssisi | Banco.az
AFB Bank

Kredit inzibatçılığı şöbəsinin Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

AFB Bank Kredit inzibatçılığı şöbəsinə işçi axtarır.

Vəzifə: Kredit inzibatçılığı şöbəsinin Baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)


NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  1. • Ali təhsil;
  2. • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  3. • Kredit inzibatçılığı üzrə biliklərə sahib olmaq;
  4. • Akkreditivlərlə və SWIFT sistemində işləmək bacarığı;
  5. • Analitik düşünmə və təhlil bacarığı;
  6. • Azərbaycan, Rus və İngilis dili bilikləri;
  7. • Təşəbbüskar və novator olmaq;
  8. • İş zamanı dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  9. • Kollektivdə işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:


• Təsdiq olunmuş kredit sənədlərinin yoxlanması və bankın əməliyyat sisteminə yığılması;
• Akkreditivin açılması və müvafiq banka SWIFT mesajının göndərilməsi;
• Ölkədaxili və beynəlxalq təminat məktubları sənədlərinin yoxlanması, onların hazırlanması, tələbolunan zaman qarşı banka SWIFT mesajının göndərilməsi və onların əməliyyat sisteminə yığılması;
• Akkreditiv və qarantiyalar üzrə kontragent banklarla danışıqlar həyata keçirtmək;
• Kredit inzibatçılığına aid digər işləri görmək.

 

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit inzibatçılığı şöbəsinin Baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et