Kredit eksperti
Vəzifə: Kredit eksperti
Bankımız haqda:
1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 24 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir.
Əsas vəzifə və öhdəliklər:
Kredit almaq üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə məlumat verir
Müştərinin maliyyə təhlilini həyata keçirir
Kreditin verilməsi ilə bağlı təklif hazırlayır
Kredit portfelinin keyfiyyətinə nəzarət edir
Tələb olunan kriteriyalar:
Ali təhsil ( ali iqtisadi təhsilin olması üstünlük təşkil edir)
Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
Müştərilərlə ünsiyyət qurmaq bacarığı
Təhlil etmə bacarığı
Məsuliyyətli və dəqiq
Stresə davamlılıq
Azərbaycan dilini əla bilmək (Rus dili biliklərinin olması üstünlük təşkil edir)
MS Office proqramlarında işləmək bacarığı
Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Kredit eksperti” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.