Kredit Departamenti Direktorunun Müavini (Qərb Zonası) | Banco.az
Azkredit

Kredit Departamenti Direktorunun Müavini (Qərb Zonası)

Vakansiya haqqında məlumat: 

Vision Fund AzərKredit MMC vakant vəzifə elan edir:

Kredit Departamenti Direktorunun Müavini (Qərb Zonası)

Qadın namizədlərin müraciət etməsi tövsiyə olunur.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir və bütün namizədlər üçün bərabər iş imkanları təqdim edir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

İş yeri: AzərKredit təşkilatının Gəncə filialı

Birbaşa tabeliyində olanlar: 4 Regional Menecer, dolayı tabeçiliyində olanlar: 250-ə qədər işçi.

Vəzifənin məqsədi:

sıravi əməkdaşlardan Filial Menecerləri və Regional Menecerlərə qədər komandaya rəhbərlik etmək və Kredit Departamentinin müvafiq sahəsinin gündəlik işinə cavabdeh olmaq.

Əsas funksiyalar və məsuliyyətlər:

4. Ərazidə kredit əməliyyatlarının düzgün həyata keçirilməsi, monitorinqi və sənədləşdirilməsi:

• Müvafiq regionlarda Şirkətin Strateji Planının icrasını təmin etmək;
• Müvafiq filiallar üçün illik fəaliyyət planı və büdcə hazırlamaq;
• Müəyyən edilən və razılaşdırılan hədəflərin icra edilməsi üçün Regional Menecerlər vasitəsilə filialın gündəlik əməliyyatlarına nəzarət etmək;
• Kredit fəailyyətləri ilə bağlı prosedur və təlimatların hazırlanmasında iştirak etmək, bütün təsdiqlənən siyasət və prosedurlara riayət edilməsini təmin etmək;
• İri kreditlər barədə qərar qəbul etmək üçün kredit ərizələrini qiymətləndirmək və Kredit Komitəsinin yığıncaqlarını keçirmək;
• Davamlı olaraq Kredit bazar təhlili aparmaq, Kredit Siyasətini və məhsulların şərtlərini bazar dəyişikliklərinə uyğun olaraq təkmilləşdirmək, o cümlədən davamlı olaraq yeni məhsullar barədə təkliflər hazırlamaq və onları Kredit Departamentinin Direktoruna təqdim etmək;
• Filialların ofisləri və ya infrastrukturu ilə bağlı mühüm dəyişikliklər, məsələn, yerinin dəyişdirilməsi, təmiri və s. rəhbərliyə tövsiyələr vermək;
• Biznesin fasiləsiz axınını təmin etmək üçün daxili nəzarət sisteminin tətbiqini izləmək;
• Audit tapıntılarında tövsiyə edilənlərə uyğun filiallardan tələb edilən fəaliyyətlərin icrasına müvafiq Regional Menecer(lər) vasitəsilə nəzarət etmək;
• Hər filialda aktivlərin keyfiyyəti, likvidlik, kapitalın adekvatlığı və ehtiyatların yaradılmasına diqqəti yönəldərək adekvat və vaxtlı hesabatlıq sisteminin tətbiqini planlaşdırmaq və təmin etmək;
• Filialda likvidliyin düzgün idarə edilməsini təmin etmək üçün Maliyyə Departamenti ilə əməkdaşlıq etmək;
• Regionda filiallarda insan ehtiyatlarını planlamaq məqsədilə İnsan Resursları Departamenti ilə əməkdaşlıq etmək;
• Monitorinq və ya hesabatlıqla bağlı hər hansı məsələlər üzrə İT/MİS Departamenti ilə məsləhətləşmək və yaranan məsələləri mümkün ən tez zamanda həll etmək.
 
5. Regionda kredit portfelinin keyfiyyətinin saxlanması:
• Filiallarda kredit gecikmələrini yaxından monitorinq edərək rəhbərlik etmək və bütün siyasət və prosedurlara ciddi şəkildə riayət edilməsini təmin etmək.

6. Regionda kadrların idarə edilməsi:
• Ayrı-ayrı işçilərin fəaliyyət nəticələrinə və komanda işinə görə cavabdehlik daşımaq, aydın müyyən edilmiş fəaliyyət hədəfləri müəyyən etmək, hər bir işçi ilə bağlı inkişaf planları və təlim ehtiyacları üzrə tövsiyələri hazırlamaq;
• Yeni və mövcud əməliyyat əməkdaşlarının təlimləndirilməsi ilə bağlı Təlim və Heyətin İnkişafı üzrə Menecer ilə yaxından əməkdaşlıq etmək.

Tələb olunan ixtisaslaşma, bilik və bacarıqlar:

• İqtisadiyyat, mühasibatlıq və ya biznesin idarəçiliyi üzrə ali təhsil;
• Maliyyə sektorunda ən azı 5 il iş təcrübəsi, o cümlədən Bank və ya Mikromaliyyə təşkilatında ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi;
• Mükəmməl yazılı və şifahi Azərbaycan və İngilis dili bilikləri;
• İş vaxtının 30-40% səyahət etmək imkanı;
• Sürücülük vəsiqəsi və sürücülük bacarığı;
• Microsoft proqramları ilə yaxından tanışlıq;
• Güclü liderlik və idarəetmə bacarıqları;
• Münaqişələri həll etmək və problemləri həll etmək bacarığı, qərar qəbul etmək bacarığı;
• İşə peşəkar yanaşma və yüksək etik dəyərlər;
• Təşkilat və onun missiyasına yüksək səviyyədə sadiqlik;
• Təşəbbüskarlıq, komandanı həvəsləndirmək və idarə etmək bacarığı;
• Öz üzərinə məsuliyyət götürmək istəyi və bacarığı və güclü vicdan və düzgünlük hissi.

Bu vəzifəyə uyğun olduğunuzu hesab edirsinizsə, AzərKreditin Ərizə Formasını dolduraraq 15 May 2014-cü il tarixədək [email protected] elektron poçtuna göndərin.

Müraciət edərkən elektron məktubun “Mövzu” hissəsində “Kredit Departamenti Direktorunun Müavini” qeyd edin, əks təqdirdə sizin namizədliyiniz nəzərə alınmayacaq.

Ərizə Formasını buradan yükləmək olar: http://azercredit.az/az/career/how_to_apply

E-ünvan: [email protected]         Faks: (+994 12) 597 30 39

Ən sərfəli krediti almaq üçün müraciət et