Kredit Administratoru | Banco.az
FINCA Azerbaijan

Kredit Administratoru

Vakansiya haqqında məlumat: 

150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən “FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı Şamaxı filialına  "Kredit Administratoru” işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır.

TƏLƏBLƏR:

  • Ali və ya texniki təhsil
  • Riyazi baza biliklər
  • Kreditvermə prosesində təcrübə arzuolunandır
  • Azərbaycan dilində sərbəst danışmaq
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermək bacarığı.

ƏSAS FUNKSİYASI:

    Kredit Adminstratoru müvafiq xətti menecerin rəhbərliyi altında təyinatı filialda kreditvermə prosesinin problemsiz və professional şəkildə həyata keçirlməsini təmin etmək üçün məsuldur. Kredit Adminstratoru eyni zamanda əsas vəzifəsi olan kreditin verilməsi prosesinə mane olmamaq şərti ilə filiala yaxınlaşan müştərilərə kredit haqqında məlumat verəcək, müştərilərin problemlərinin həlli üçün onları müvafiq FINCA işçilərinə yönləndirəcək.

Qeyd: Kredit Adminstratoru  vəzifəsi ofis daxili işdir

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 9 May 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№197/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə nəzərdən qaça bilər!

Ünvan: Şamaxı şəhəri, N.Nərimanov küçəsi 66 (Mərkəzi Univermağın yanı);

Telefon: 020 265 13 77; (055) 455 25 63

Ən sərfəli krediti almaq üçün müraciət et